Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Luqanskda rus ordusuna ağır zərbə - Bir batalyon darmadağın edildi

Luqanskda rus ordusuna ağır zərbə - Bir batalyon darmadağın edildi

Tarix: 12 Noyabr 2022 23:04

Rusiya hərbi qüvvələri bütün cəbhə xəttində ağır itki verir. Ukrayna ordusunun son əməliyyatında rus ordusunun bir batalyonu tamamilə məhv edilib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna ordusunun "Şərq" dairəsinin sözçüsü Sergey Çerevati məlumat verib.

Onun sözlərinə görə, Luqansk vilayətində mövqe döyüşləri gedir, Ukrayna qoşunları işğalçıların qarşısını almağa çalışır.

"Düşmən mövqelərimizə əks-hücuma keçməyə cəhd etsə də, əks-hücumumuzla qarşılaşdı. Xeyli itkilər verib və ümumilikdə bütün cəbhə xətti boyunca düşmən xeyli itki verir. Demək olar ki, bir batalyona bərabər (400-800 nəfər) qüvvəsini itirib", - Çerevati bildirib.

O qeyd edib ki, Xersondan geri çəkilmiş rusların bölmələri hələ də cəbhənin şərq hissəsinə çatmayıb:

"İşğalçıların şərqdəki bütün hücumlarını əvvəlcədən yerləşdirilmiş bölmələr, o cümlədən bu yaxınlarda səfərbər edilmiş qüvvələr həyata keçirir".


Etiketlər:  Luqanskda ordusuna ağır zərbə batalyon darmadağın edildi


RƏYLƏR