Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəşad Dağlıya yardım məqsədilə pul yığılır? - Kömək edənlərin nəzərinə...

Rəşad Dağlıya yardım məqsədilə pul yığılır? - Kömək edənlərin nəzərinə...

Tarix: 13 Noyabr 2022 16:55

Sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən kart kesabları paylaşılaraq həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) ailəsinə yardım məqsədilə pul yığılmasına başlanılıb.

Milli.Az xəbər verir ki, e-huquq.az məsələ ilə bağlı meyxanaçının vəkili Elvin Əliyevlə əlaqə saxlayıb. Vəkil e-huquq.az-a açıqlamasında bildirib ki, Rəşad Dağlı və ailəsinin sözügedən yardımlarla heç bir əlaqəsi yoxdur.

"Rəşadla əlaqə saxlayıb bu barədə danışmışam. Onun və ailəsinin yığılan pullarla bağlı heç bir məlumatı yoxdur, onlar belə bir təşəbbüs göstərməyiblər. Rəşad onu sevənlərə və həssaslıq göstərənlərə təşəkkür edir. Lakin belə bir yardıma ehtiyac da yoxdur.

Bu pullar qanunsuz şəkildə yığılır. Xahiş edirəm ki, vətəndaşlar belə hallara aldanmasınlar", - deyə E.Əliyev qeyd edib.

Milli.Az


Etiketlər:  Rəşad Dağlıya yardım məqsədilə pul yığılır Kömək edənlərin nəzərinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ