Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metronun "Avtovağzal" stansiyasında gərginlik yaranıb

Metronun

Tarix: 14 Noyabr 2022 12:52

Metronun "Avtovağzal" stansiyasında problem yaranıb

Bakı etropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlamasında bildirib ki, gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

"4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Haxırda tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir",-B. Məmmədov deyib.

O bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək.

Milli.Az


Etiketlər:  Metronun Avtovağzal stansiyasında gərginlik yaranıb


RƏYLƏR