Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ukraynasız heç bir danışıqda iştirak etməyəcəyik" - Bayden

Tarix: 14 Noyabr 2022 22:00

"ABŞ Ukraynasız heç bir danışıqda iştirak etməyəcək".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden G20 sammitinə gedərkən bildirib.

O qeyd edib ki, ABŞ silah tədarükündə Ukrayna Silahlı Qüvvələrinə yardım göstərməyə davam edəcək.

"Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna xalqına özünü müdafiə etmək imkanı verməyə davam edəcəyik. Onlarsız hansısa danışığa getmək fikrində deyilik. Ukraynasız heç nə edən deylik, bu, Ukraynanın verəcəyi qərardır", - Bayden deyib.

Milli.Az


Etiketlər:  Ukraynasız heç bir danışıqda iştirak etməyəcəyik Bayden


RƏYLƏR