Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnanıram ki, mayın 29-da Bakıda olacağıq'' - Azplikueta

''İnanıram ki, mayın 29-da Bakıda olacağıq'' - Azplikueta

Tarix: 2 May 2019 15:24

"İlk titul həmişə xüsusi olur. Mənim bununla bağlı yaxşı xatirələrim var".

Qol.az-ın "Çelsi"nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri London klubunun müdafiəçisi Sezar Azplikueta Avropa Liqasının yarımfinal mərhələsinin "Ayntraxt"la oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. İspan futbolçu finala vəsiqə qazanacaqlarına inandığını bildirib:

"Avroliqa Avropada ikinci dərəcəli turnirdir. Biz isə hər mövsüm istənilən titul uğrunda mübarizə aparırıq. Hazırda da Avropa Liqasın yarımfinal mərhələsindəyik. Bu, uzun yoldur və bir neçə güclü komanda son 4-lüyə düşə bilmir. Titul qazanmaq başlıca hədəfimizdir. Ümid edirəm ki, mayın 29-da Bakıda olacağıq".

Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.

 


Etiketlər:  İnanıram mayın Bakıda olacağıq Azplikueta


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ