Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 09:44
Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən Suriyaəsilli Ahlam Albashırın evində axtarış aparılıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Albashırın evində aparılan axtarışlar zamanı 3 min 800 dollar, 5 min avro və 10 min lirə və çoxlu qızıl-zinət əşyaları ələ keçirilib.
Bundan başqa, hadisə ilə əlaqadar daha iki nəfər saxlanılıb. Bununla da saxlanılanların sayı 48-ə çatıb.
O da məlum olub ki, Ahlam İstanbula ər-arvad qiyafəsində kişi terrorçu ilə gəlib. Albashıra təxminən 1 kilo partlayıcı verərək İstiqlal küçəsinə göndərdiyi müəyyən edilən kişi terrorçu hər yerdə axtarılır.
Qeyd edək ki, terror hadisəsi zamanı 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.