Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəyə görə kəskin ətir qoxusundan baş ağrıyır? - SƏBƏB

Nəyə görə kəskin ətir qoxusundan baş ağrıyır? - SƏBƏB

Tarix: 15 Noyabr 2022 21:06

İnsan qoxu hissi trilyondan yuxarı qoxunu ayırd edə bilir.

Amma dünyada 2 insan yoxdur ki, eyni ətrə eyni reaksiyanı vermir.

"Medicina" xəbər verir ki, bir insana xoş gələn ətir digərinin ürəyini bulandıra bilər.
Eləcə də parfümlərdə. Bir insana gül qoxusu ilahi ətir kimi gəlsə də, digərinin başını ağrıda bilir.

Elə çox adam da çox ətir vuran adamın yanında qala bilmir, başı ağrıdığını deyir.
Kəskin qoxulu ətirlərə bədənin belə reaksiya verməsinin bir çox səbəbləri var.

1. Emosiyalar - ətir, qoxu bizim emosinal durumumuzla bağlıdır. Uşaqda qoxu hissi bütün hisslərdən birinci inkişaf edir. Ana bətnində olandan aldığımız qoxularla bizim hansısa xatirəmiz, travmamız, emosiyamız bağlıdır.

Sonradan həmin qoxunu hiss etdikdə həmin emosiyanı beyin xatırlayır və bu sizə pis təsir edir.

Məsələn, siz xəstəxanada olarkən ağrı halıda kimsə həmin parfümü vurub və ya xəstəxanada hansısa qoxunu hiss etmisizsə, təkrar həmin qoxu sizdə neqativ hisslər qaldıracaq.

Bu zaman boyun, gichah, baş hissədə ağrı yaranır.
İkinci səbəb burun cibləri, sinuslarda problemlərdir.

Ətirdə olan kimyəvi maddələr beynin qoxu sistemini aktivləşdirir, bu zaman burun ciblərini, hər hansı problem olan sinusları qıcıqlandırır, bu zaman asqırma, öskürmə, başda ağrı ola bilər.

Belə qoxulara kül, his, kəskin ətir, xlor, siqaret aiddir.

Yuyucu maddələrdə olan uçucu kimyəvi maddələr isə üçlü sinirə təsir edir.
Bu zaman hiperqıcıqlanmadan baş ağrıya bilər.


Etiketlər:  Nəyə görə kəskin ətir qoxusundan baş ağrıyır SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ