Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gözəllik salonu'' sindromu nədir? - Ölümcül təhlükə

''Gözəllik salonu'' sindromu nədir? - Ölümcül təhlükə

Tarix: 15 Noyabr 2022 21:36

Hindistanda 50 yaşlı qadın salonda saçını kəsdirdikdən sonra qəribə vəziyyətə düşüb.

"Medicina" xəbər verir ki, qadın yeni saç kəsimindən dərhal sonra onda "gözəllik sindromu" əlamətləri başlayıb.

Kəsimdən sonra qadın başgicəllənmə, baş ağrısı və ürəkbulanmadan şikayət edib.

Simptomlar sürətlə kəskinləşdikdə qadını təcili xəstəxanaya çatdırırlar.
Nevroloq onda insult baş verdiyini bildirir.

MRT müayinədə damar içində tromb aşkarlanır.

Maraqlısı odur ki, kəsimdən əvvəl başını yuyarkən qadın boyun arteriyasını sıxıb.

Mexaniki sıxılma zamanı tibdə çoxdan məlum olan " gözəllik salonu" sindromu yaranır.

Bu sindrom başı, boynu narahat vəziyyətdə saxladıqda baş verir.

Bu zaman arteriya sıxılır, başa qan getmir, tromb qopur.
Nadir baş versə də, dünyada belə hallar olur.


Etiketlər:  Gözəllik salonu sindromu nədir Ölümcül təhlükə


RƏYLƏR