Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın sabiq baş prokuroru vəfat etdi

Azərbaycanın sabiq baş prokuroru  vəfat etdi

Tarix: 15 Noyabr 2022 22:00

Azərbaycan Respublikasının baş prokuroru İxtiyar Şirinov vəfat edib.

Bu barədə onun qohumları bildiriblər. Mərhumun ölüm səbəbi açıqlanmayıb.

İxtiyar Şirinov son günlərə qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri idi.

İ.Şirinov 1952-ci ildə Beyləqan rayonunda anadan olub. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992-1993-cü illərdə) vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə qiyamçı Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

Milli.Az


Etiketlər:  Azərbaycanın sabiq baş prokuroru vəfat etdi


RƏYLƏR