Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şorba bişirmək istəyən kişi bilmədən binanı partlatdı

Şorba bişirmək istəyən kişi bilmədən binanı partlatdı

Tarix: 16 Noyabr 2022 03:24

Rusiyada, Çeboksarıdakı yaşayış binalarından birində məişət qazının partlaması baş verib.

Milli.Az bildirir ki, bu barədə Rusiya vilayətinin prokurorluğunun saytında məlumat verilib.

Balaca oğlu ilə evdə olan mənzil sahibi şorbanın hazırlayarkən diqqəti yayınıb, hadisə isə bundan sonra baş verib. Qab qaynamağa başlayıb, maye qaz ocağının alovunu söndürüb, amma qaz çıxmağa davam edib. Məlum olub ki, həmin şəxs əvvəllər xəstəlik keçirib, bundan sonra iybilmə qabiliyyətini itirib, ona görə də qazın iyini hiss etməyib və sobanın ikinci ocağını kibritlə yandırmağa cəhd edib. Bu səbəbdən mənzildə yığılan qaz partlayıb.

Zərbə dalğasından yataq otağında eyvanın qapısının şüşəsi sınıb, mətbəxdəki pərdələr yanıb. Kişi  tez bir zamanda yanğını söndürə bilib. Ev sahibinin üzündə yüngül yanıq xəsarətləri olub, lakin kişi xəstəxanaya yerləşdirməkdən imtina edib.

Mənzildə olan uşaq xəsarət almayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Şorba bişirmək istəyən kişi bilmədən binanı partlatdı


RƏYLƏR