Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toppuş bacının vəziyyəti necədir?

Toppuş bacının vəziyyəti necədir?

Tarix: 16 Noyabr 2022 16:55

"Ağrılarım olur. İndi də qaraciyərimdə ağrılarım var. Amma buna da şükür. Sağalmam üçün çoxlu dualar edirəm".

Milli.Az xəbər verir ki, bu sözləri beynində bədxasisəli şiş aşkarlanan "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.

Hazırda ümümi vəziyyətinin yaxşı olmadığını söyləyən aktrisa "ağıllı dərman" adlı preparatın vurulmasını gözlədiyini açıqlayıb.

"İndi qan analizimin cavablarını gözləyirəm. Əgər cavablar müsbət olarsa, "ağıllı dərman" adlı preparatın ilk dozası vurulacaq. Daha sonra isə şüa terapiyaya başlayacağam".

Tünzalə həmkarları ilə tez-tez telefonda danışdığını da qeyd edib.

"Dilarə Əliyeva, Ülviyyə Əliyeva, Rəqsanə İsmayılova və bir sıra sənət yoldaşlarım zəng edərək səhhətimlə maraqlanırlar. Onlara təşəkkürümü bildirirəm". 
Qeyd edək ki, bir neçə gün əvvəl aparıcı Zaur Baxşəliyev Tünzalə Əliyeva üçün "ağıllı dərman" preparatının iki dozasını alıb.

Milli.Az


Etiketlər:  Toppuş bacının vəziyyəti necədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ