Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Oyunumuzda inkişaf hiss olunur" - Aftandil Hacıyev

Tarix: 5 Oktyabr 2019 21:56

“Rəqib layiqli qələbə qazandı. Buna baxmayaraq, komandamızdan razı qaldım”.
 
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 7-ci turunda bu gün "Neftçi" ilə səfər matçından sonra mətbuat konfransında deyib.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Standart vəziyyətdən 2 qol buraxdıq. Halbuki onların ən üstün cəhətinin bu olduğunu bilirdik. Buna görə oyunçulara tapşırıq verilmişdi, sadəcə, futbolçularımız diqqətsizliyə yol verdi. İlk dövrənin ümumi nəticələrini qənaətbəxş saymaq olar. Daha yaxşı ola bilərdi. Yaranmış fasilədən istifadə etməyə çalışacağıq”.
 
Hacıyev komandasında inkişaf hiss etdiyini bildirib: "İndi oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Avroliqada fərqli, çempionatda fərqli heyətlə çıxış etdik. Turdan-tura artırmaq lazımdır. Oyunumuzda inkişaf hiss olunur. Düşünürəm ki, bu gün də azarkeşlər oyundan həzz aldılar. Xüsusi bir dəyişikliyə ehtiyac yoxdur. Oyunçu ala bilsək, daha rəqabətli komanda ola bilərik".
 
Aftandil Hacıyev lider "Qarabağ"la "Neftçi"ni müqayisə edib: “Qarabağ” topla oynamağı sevirsə, “Neftçi” atletik oyun göstərir. “Qarabağ” topla oynamağa imkan vermirsə, “Neftçi”yə qarşı bu baxımdan elə böyük fərq olmur. Amma bu o demək deyil ki, “Neftçi” “Qarabağ”dan zəifdir. Fərqli üsluba malik komandalardır, hər birinin üstün cəhətləri var".

 


Etiketlər:  Oyunumuzda inkişaf hiss olunur Aftandil Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ