Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyda qonaq bıçaqla gəlinə hücum etdi

Toyda qonaq bıçaqla gəlinə hücum etdi

Tarix: 16 Noyabr 2022 18:40

Rusiyada, Tomsk vilayətində əvvəllər məhkum olunmuş 36 yaşlı yerli sakin ziyafət zamanı gəlinə hücum etdiyi üçün saxlanılıb.

Sonxeber.net bildirir ki, bu barədə Rusiyanın regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yeni evlənənlər toyu qonaqlarla birlikdə mənzillərində qeyd ediblər. Bıçaqla hücum edən kişi də orada olub. O, ziyafət zamanı bəylə gəlinlə mübahisə edib, sonra məclisi tərk edib. Cütlük onunla söhbəti davam etdirmək qərarına gəlib və ondan binanın girişinə qayıtmasını istəyib. Şübhəli şəxs bıçaqla içəri daxil olub. O, silahla gəlinə bir neçə zərbə vurub, ona ağır bədən xəsarətləri yetirib.

Zərərçəkmiş xəstəxanaya aparılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin ("Qəsdən sağlamlığa ağır zərər vurma") 2-ci hissəsinin "h" bəndi ilə iş başlanıb. Hazırda müttəhimin həbsdə olduğu qeyd edilib.

İrfan Vəliyev


Etiketlər:  Toyda qonaq bıçaqla gəlinə hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ