Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serj Sarkisyanın müavini bir sıra cinayətlərdə ittiham olunur

Serj Sarkisyanın müavini bir sıra cinayətlərdə ittiham olunur

Tarix: 16 Noyabr 2022 23:16

Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə vəkil Tiqran Atanesyan jurnalistlərə məlumat verib.

"Aşotyan Cinayət Məcəlləsinin gözlənilməz maddələri - ağır nəticələrə gətirib çıxaran vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə ittiham edilib", - Atanesyan bildirib.

Onun sözlərinə görə, cinayət işi tibb universitetinin daşınmaz əmlak alması ilə bağlıdır.


Etiketlər:  Serj Sarkisyanın müavini sıra cinayətlərdə ittiham olunur


RƏYLƏR