Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yenə pandemiya olacaq?

Yenə pandemiya olacaq?

Tarix: 17 Noyabr 2022 16:40

Kornel Universitetinin alimləri müəyyən ediblər ki, yarasaların təbii yaşayış yerlərinin qorunması və bərpası gələcək pandemiyaların qarşısını ala bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislər son 25 ilin məlumatları əsasında kompüter modelləri yaradıblar. Məlumatlara yarasaların davranışı, yayılması, çoxalması və qidanın mövcudluğu, iqlim, yaşayış yerlərinin itirilməsi haqqında məlumatlar daxil edilib.

Bu modellər nümayiş etdirib ki, yarasalar qışda təbii yaşayış yerlərinin itirilməsi və qidanın azalması ilə qarşılaşdıqda, onların populyasiyaları insanların yanında məskunlaşan daha kiçik hissələrə bölünür.

"Hazırda dünya alimlərinin səyləri növbəti pandemiyanın qarşısının alınması yollarını tapmağa yönəlib. Mümkün həll yollarından biri heyvanların təbii yaşayış yerlərini qorumaqdır", - tədqiqatçılar vurğulayırlar.


Etiketlər:  Yenə pandemiya olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ