Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anar Nigarın “Merlin Monro” obrazını burnundan gətirdi: “Ucuzdur” - VİDEO

Anar Nigarın “Merlin Monro” obrazını burnundan gətirdi: “Ucuzdur” - VİDEO

Tarix: 17 Noyabr 2022 18:35

Dünyaca məşhur stilist Anar Ağakişiyev Azərbaycana 2011- ci ildə "Avroviziya" sevinci yaşadan müğənni Nigar Camalı tənqid edib.

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, stilist qonaq olduğu "7 özəl" verilişində sənətçinin "10 il sonra" adlı klipində yaratdığı Merlin Monro obrazını "burnundan gətirib".

Ağakişiyev Camalın bu obrazını ucuz adlandıraraq, qüsurlarını üzə vurub.
"Həmin xanımın (Nigar Camal - red.) çox gözəl bədən quruluşu var. Çox ələ yatımlı üz cizgiləri var. Saç Merlin Monronun saçı deyil. Onun klipdə başına qoyduğu parik çox kobud idi. Qısa kəsilmiş parik idi. Amma əslində Merlin Monronun saçlarının dalğası daha geniş idi. Müğənnin başına qoyduğu o qısa parik, o zamanlar bir qarmon ustası var idi. Onun da saçları belə qısa və dən-dən idi.

Onun saçları onun üzünü qabardaraq daha da uzatmışdı. Bu parik əsla Nigara yaraşmayıb. Üstəgəl düm ağ saçların fonunda qaşların qara olması süni və gülməli vəziyyət yaradıb. Nigarın ən uğurlu işi rejissor Nihad Odabaşının çəkdiyi klip olmuşdu. Eyni zamanda "Xocalıya" həsr edilən layihə. Amma ondan sonra onun çəkdiyi digər kliplər ucuzdur. Nigarın Merlin Monro obrazı çox ucuz görsənir", - deyə Anar bildirib.

Qeyd edək ki, illər əvvəl Anar Ağakişiyev Nigar Camal ilə "Altın Kelebek" mükafatlanma mərasimində dalaşıb. Onların qalmaqalına səbəb isə sözügedən mərasimdə iştirak edən Xalq artisti Röya Ayxanın da makiyaj etməsi olub.


Etiketlər:  Anar Nigarın Merlin Monro obrazını burnundan gətirdi Ucuzdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ