Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2022 07:50
Nümayəndələr Palatasında səs çoxluğu əldə edən respublikaçılar ABŞ Prezidenti Cozef Baydenlə bağlı araşdırma aparmağa hazırlaşır.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının üzvləri Ceyms Komer və Cim Cordan Konqresdə keçirilən mətbuat konfransında bildiriblər.
Belə ki, Respublikaçıların Bayden və ailəsi ilə bağlı araşdırma başlatmaq və nəticədə prezidenti vəzifədən uzaqlaşdırılmaq planları var. Respublikaçılar Partiyasının nümayəndələri 2024-cü il prezident seçkiləri öncəsi Baydenin oğlu Hunter Bayden və sərhəd təhlükəsizliyi kimi bir çox araşdırmalarla Bayden administrasiyası üçün "başağrısı" yaratmağı hədəfləyir.
Onlar Baydenin ailə üzvlərinin yalnız prezident mühiti və gücündən istifadə edərək milyoner olduqlarını iddia edirlər.