Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəstə çağırışına gələn təcili tibbi yardım avtomobili palçığa batdı - VİDEO

Xəstə çağırışına gələn təcili tibbi yardım avtomobili palçığa batdı - VİDEO

Tarix: 18 Noyabr 2022 15:40

Bakıda xəstə çağırışına gələn təcili tibbi yardım avtomobili palçıqda batıb. Nəqliyyat vasitəsi ərazidən traktorla çıxarılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət ötən gecə paytaxtın Qaradağ rayonu, Şəhid Fikrət Hüseynovun adını daşıyan küçədə lentə alınıb.

Görüntüləri lentə alan qəsəbə sakini Mehman Abbas Əliyev deyir ki, təcili tibbi yardım avtomobili həyətdə işləyərkən xəsarət alan Saleh Hacıbalayev üçün çağırılıb. Avtomobil  palçıqlı və keçilməz yolda batdığı üçün ünvana çata bilməyib. Yaralı isə bir gün sonra xəstəxanaya çatdırılıb.

Sakinlərin sözlərinə görə, qış aylarında küçə demək olar ki, blokadaya düşür. Yolda hərəkət etmək mümkünsüz olur.

Qaradağ Rayon İcra Hakimiyyətinin Ələt qəsəbə nümayəndəliyindən bildirildi ki, 2023-cü ildə baş Ələt qəsəbəsində küçələrin əsaslı şəkildə təmiri nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Xəstə çağırışına gələn təcili tibbi yardım avtomobili palçığa batdı VİDEO


RƏYLƏR