Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Antikorrupsiya Məhkəməsi Seyran Ohanyanın işinə dekabrda baxacaq

Ermənistan Antikorrupsiya Məhkəməsi Seyran Ohanyanın işinə dekabrda baxacaq

Tarix: 18 Noyabr 2022 18:26

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi dekabrda Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyanın işinə baxacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq ümumi dəyəri 2,5 milyon ABŞ dolları dəyərində olan və qanunsuz əldə edildiyi iddia edilən əmlakın - İrəvanın mərkəzində iki daşınmaz əmlak, Vaaqni məhəlləsində malikanə, Göyçə gölü sahilində evin Ohanyan və ona yaxın şəxslərdən geri alınaraq dövlətə təhvil verilməsini tələb edir.

Bundan əlavə, prokurorluq hesab edir ki, daha 2,5 milyon dollar məbləğində vəsait də müsadirə olunmalıdır.

Qeyd edək ki, daha əvvəl Ermənistan Baş prokurorunun müavini Srbuhi Qalyan qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı bəzi müxalifət deputatlarına qarşı qanun çərçivəsində iş başlandığını bildirib.

Milli.Az


Etiketlər:  Ermənistan Antikorrupsiya Məhkəməsi Seyran Ohanyanın işinə dekabrda baxacaq


RƏYLƏR