Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Tarix: 19 Noyabr 2022 08:08

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmsi Bədəlbəyli küçəsində, Qış Parkının yaxınlığında qeydə alınıb.

Belə ki, "Honda" markalı nəqliyyat vasitəsi, "Toyota" markalı avtomobillə toqquşub.

İdarəetməni itirən "Honda"nın sürücüsü avtomobili dəmir arakəsməyə vuraraq dayanıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində "Honda"nın sürücüsü başından və qolundan xəsarət alıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda iki avtomobil toqquşub xəsarət alan var FOTO


RƏYLƏR