Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 08:52
ABŞ Polşaya düşən raketin Ukraynaya məxsus olduğunu hesab edir, Vaşinqton və Varşava vəziyyəti aydınlaşdırmaq üçün Kiyevlə təmasda olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə təsdiqləyib.
"ABŞ və Polşa rəsmiləri faktları aydınlaşdırmaq üçün Ukrayna ilə əlaqə saxlayıblar".
"Biz ictimai şəkildə bildirmişik ki, əldə etdiyimiz məlumat Prezident Anjey Dudanın (Polşa Prezidenti - red.) bunun (raketin - red.), çox güman ki, Ukrayna hava hücumundan müdafiə raketinin, təəssüf ki, Polşaya düşməsi nəticəsində baş verdiyi barədə ilkin qiymətləndirməsini təsdiqləyir", - Jan-Pyer əlavə edib.