Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bir sınaq da oldu, ondan keçmədilər"

Tarix: 19 Noyabr 2022 16:15

"Gedəndə də bilirdim ki, nə vaxtsa qayıdacam. Həmişəlik getməmişdim. Sonunda döndüm, hələlik peşman deyiləm. Soruşurlar ki, qayıtmayacaqsan? Deyirəm, üzümə yaxşı baxsalar, yox".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri 19 ildən sonra sentyabr ayında birdəfəlik Azərbaycana qayıdan Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "MTV maqazin"ə müsahiəsində deyib. O, sənət adamlarından gileyini belə dilə gətirib:

"Müğənnilərdən vətəndaş dəstəyi gözləməmişəm. Çünki onlar bunu yox, öz həyatlarını, karyeralarını düşünürlər. İnsan olaraq haqlıdırlar. Bir sınaq da oldu, ondan keçmədilər. Məsələ müğənnilərdə deyil, başqa sənət adamları da, heç biri axtarmadı. Hətta mənə elə gəlir sevindilər ki, rədd olub getdi buradan. Elə bir şey də ağlıma gəldi. Mən heç vaxt heç kimdən küsmürəm, nəticə çıxarıram".

Milli.Az


Etiketlər:  Bir sınaq da oldu ondan keçmədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ