Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Natalya 22 il əvvəl itirdiyi qızını tapdı - VİDEO

Natalya 22 il əvvəl itirdiyi qızını tapdı - VİDEO

Tarix: 19 Noyabr 2022 17:40

Dünya şöhrətli supermodel Natalya Vodyanova sosial şəbəkə hesabında bəyan edib ki, 22 il öncə itirdiyi kiçik bacısını tapıb.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, 2000-ci illərdə Natalyanın anası qızı Maşanı ( indiki adı Cennifer Bensdir) amerikalı bir ailəyə övladlığa verib və ondan sonra aralarındakı əlaqə itib.

22 yaşlı Cenifer öz DNT testini məlumat bazasına daxil etdikdən sonra Natalya Vodyanova ilə doğmalıq əlaqələri olduğunu öyrənib və beləcə onlar görüşüblər.

ABŞ mətbuatının yazdığına görə isə tapılan qız 40 yaşlı Natalyanın bacısı yox, öz doğma qızıdır. Belə ki, Vodyanova 18 yaşı olarkən fotoqraf Aleksey Vasilyev ilə eşq macərası yaşayıb və doğulan körpəsini övladlığa verib.

Milli.Az


Etiketlər:  Natalya 22 il əvvəl itirdiyi qızını tapdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ