Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 20:40
Ukrayna qüvələri bu ilin dekabr ayının sonuna kimi müvəqqəti işğal olunmuş Krıma daxil ola bilər və yaza qədər Rusiya ilə müharibə başa çatacaq.
Bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib.
Müavin Kremllə sülh danışıqlarının perspektivini dəyərləndirib. Onun sözlərinə görə, bu danışıqlar yalnız Rusiya qoşunları Krımı da daxil olmaqla bütün Ukraynanı tərk etməyə hazır olduqdan sonra baş tutacaq.
"Ukrayna cəmiyyətində belə bir qərar var ki, biz sona qədər gedirik. Hər kəs bilir ki, hər hansı bir gecikmə və ya dondurulmuş münaqişə Ukraynanın bir millət kimi mövcudluğuna qarşı aparılan bu müharibənin davamıdır", - deyə o, bildirib.