Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hövsanın palçıqlı yolu sakinləri təngə gətirib - VİDEO

Hövsanın palçıqlı yolu sakinləri təngə gətirib - VİDEO

Tarix: 20 Noyabr 2022 10:54

Xəzər rayonu, Hövsan südçülük sovxozu adlanan ərazidəki adsız küçənin yolu bərbad vəziyyətdədir. Yolda palçıqdan hərəkət etmək çox çətindir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, 200 ailənin yaşadığı bu küçə hər dəfə yağış yağan kimi bu vəziyyətə düşür. Sakinlərin sözlərinə görə, artıq 10 ildir ki, burada vəziyyət dəyişmir.

Yol o qədər bərbaddır ki, piyadaları bu vəziyyətdən xilas etmək istəyən sürücülər özləri də ciddi çətinlik çəkirlər.

Sakinlər  dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.

Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov problemlə bağlı "Xəzər Xəbər"in sualını dinlədikdən sonra cavab vermək əvəzinə dəstəyi asıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Hövsanın palçıqlı yolu sakinləri təngə gətirib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ