Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ üçün ən ciddi təhlükə açıqlandı

ABŞ üçün ən ciddi təhlükə açıqlandı

Tarix: 21 Noyabr 2022 11:44

Artan dövlət borcu ABŞ üçün ciddi təhlükəyə çevrilib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Tayms" keçmiş hökumət rəsmilərinə istinadən məlumat yayıb.

"Milli təhlükəsizliyimiz üçün ən mühüm təhlükə 21-ci əsrdə artan dövlət borcunun yüküdür. Son iyirmi ildə Vaşinqtonun xərcləri ÜDM-dən daha sürətlə artıb və bu xərclərin böyük hissəsi borclanma hesabına maliyyələşdirilib", - məlumatda deyilir.

Nəşr qeyd edir ki, 2000-ci ildən bəri ABŞ-ın dövlət borcunun ÜDM-də payı iki dəfədən çox - 55%-dən 122%-ə qədər artıb. Proqnozlara görə, demək olar ki, 200%-ə qədər də artacaq:

"İkinci Dünya müharibəsi illərində olduğu kimi, borc yükü ilə yaşayırıq. Oktyabrda ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 31 trilyon dolları keçib".


Etiketlər:  ABŞ üçün ciddi təhlükə açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ