Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 20:46
Avstraliya polisi Sidney şəhərətrafı qəsəbələrində 16 il təcavüz edən şəxsi müəyyən edib.
Sonxeber.net bildirir ki, bu barədə The Sydney Morning Herald məlumat yayıb.
"Bondili heyvan" ləqəbli cinayətkar 37 il cəzadan yayınmağı bacarıb. O, 1985-2001-ci illər arasında ən azı 31 zorlama törətməkdə şübhəli bilinib. Hücum zamanı ən gənc qurbanın 13 yaşı, ən yaşlısının 55 yaşı olub. Hadisəni törədən şəxs parklarda idman edən qadınlara dəfələrlə təcavüz edib, bəzən evlərə girərək yatanlara da hücum edib.
2005-ci ildə polis məmurları 2000-ci ildə baş vermiş beş cinayət hadisəsi yerində uyğun DNT nümunələri tapa biliblər. Eyni adamdan daha yeddi DNT nümunəsi bir müddət sonra onu digər zorlamalarla əlaqələndirən tapılıb. Onların kimə aid olduğunu anlamaq üçün uzun illər lazım idi.
Təcavüzkarın Sidney ətrafında yaşayan 66 yaşlı Keyt Simms olduğu üzə çıxıb. Qohumları onu mehriban ər və ata kimi təsvir edib və onun ikili həyatı haqqında heç nə bilmədiklərini iddia ediblər. Simms 2022-ci ilin fevralında, DNT identifikasiyasından altı ay əvvəl vəfat edib.
İrfan Vəliyev