Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş

Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş

Tarix: 22 Noyabr 2022 12:18

Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, aeroport ərazisində yoxlanış zamanı çantasından tapança, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub.

Mərkəzi ofisi Omanda yerləşən "Golden Energy" şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Ş.Gedimas Bakıdan Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş


RƏYLƏR