Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 17:00
Bakının Nəsimi rayonu, Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində fövqəladə hallar zamanı yanğından mühafizə və eyni zamanda yanğın söndürən maşınların su təchizatı üçün nəzərdə tutulan qurğu sıradan çıxıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, nəticədə hər gün yüzərlə litr su boş yerə axır.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, aidiyyəti qurum tərəfindən su hidrantı bir neçə dəfə təmir olunsa da, problem tam aradan qaldırılmayıb.
Məsələ ilə bağlı "Azərsu" Açıq Səhimdar Cəmiyyəti ilə əlaqə saxladıq. Çəkiliş apardığımız zaman əraziyə Nəsimi Sukanal idarəsinin əməkdaşları gəldi.
Təmir işləri aparılaraq problem aradan qaldırıldı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: