Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 19:20
Sabirabadın Çığırğan kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətdədir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər mövcud vəziyyətin uzun müddətdir davam etdiyini deyirlər. Bildirilir ki, yay aylarında toz-torpaqdan, yağıntılı havalarda isə palçıqdan tərpənmək olmur. Piyadalar və avtomobillər çox çətinliklə hərəkət edirlər.
Yolda asfalt qatının olmaması hər kəsi təngə gətirib.
Sakinlər iddia edirlər ki, kəndin daxili yollarının yararsız olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimyyətindən verilən məlumata görə, kəndin daxili yolları bələdiyyənin balansındadır.
Çığırğan kənd bələdiyyəsinin sədri Namil Vəlişov isə "Xəzər Xəbər"ə bildirib ki, yollara 2014-cü ildə çınqıl qatı döşənib. Lakin həmin vaxtdan xeyli müddət keçdiyinə görə yenidən problemlər yaranıb. ''Vəsait olan kimi yolda təmir-bərpa işləri həyata keçriləcək'',- deyə o əlavə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: