Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dostunu timsah bilib, bıçaqlamaq istəyib

Dostunu timsah bilib, bıçaqlamaq istəyib

Tarix: 24 Noyabr 2022 03:32

Rusiyada, Permdə məhkəmə Yeni il gecəsi dostunu bıçaqlayaraq boğmağa cəhd edən yerli sakinə qarşı adam öldürməyə cəhdlə bağlı işə baxmağa başlayıb.

Sonxeber.net bildirir ki, bu barədə yerli "Rifey" nəşri xəbər verib.

Hadisə Turgenev küçəsində yerləşən çoxmərtəbəli binalardan birində baş verib. Ziyafət zamanı mənzil sahibinə elə gəlib ki, masa arxasında onun yaxın dostu deyil, timsah oturub. Sonra ev sahibi televizorda gördüyü fəndləri xatırlayaraq "sürünən"i zərərsizləşdirməyə çalışıb.

"Elə bilib ki, timsahdır və öldürməyə çalışıb. Əvvəlcə onu boğmağa çalışıb. Qurban isə fəal müqavimət göstərə bilmədiyi üçün özünü ölü kimi göstərdi. Təqsirləndirilən şəxs hərəkətlərini dayandırdı, daha sonra zərərçəkmiş bu məqamdan istifadə edərək binanı tərk etməyə çalışdı", - deyə Perm şəhərinin Motovilikinski rayon prokurorunun böyük köməkçisi Denis Lukin nəşrə bildirib.

Lakin kişi təqibçinin əlindən qaça bilməyib - dostu ona yetişib və bıçaqlamağa cəhd edib. Həmin an müttəhimə elə gəlib ki, o, "timsahın qarnını yarmalıdır". Sonda zərərçəkən qaça bilib. Dövlət ittihamçısı hesab edib ki, qaça bilməsəydi, yoldaşı onu bıçaqlayardı.

Dekabrın 30-da təqsirləndirilən şəxsin ad günü olduğu üçün ziyafətin bir neçə gün davam etdiyi bildirilib.

İrfan Vəliyev


Etiketlər:  Dostunu timsah bilib bıçaqlamaq istəyib


RƏYLƏR