Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaretin zərərləri

Siqaretin zərərləri

Tarix: 24 Noyabr 2022 04:03

Siqaret insanların ən yaxınında olan bir düşmənidir. O amansız bir qatil, insanı sakitcə öldürən zəhər, terrordan daha təhlükəlidir. Amerika alimlərinin araşdırmalarına görə
hər il avtomobil qəzalarından 3000, terrordan 7000, siqaretdən isə 100000 adam ölür. Siqaret insanları yavaş-yavaş öldürür. Bəs siqaret çəkən zaman nə baş verir?
Hər siqaret tüstüsü ağciyərlərə daxil olduqda ciyərlər zəhərli qazlarla dolmağa başlayır. Bu proses ağ ciyər hüceyrələrinin yavaş-yavaş məhv etməyə başlayır.
Siqaretin tüstüsü göz kapilyarlarının pozğunluqlarına səbəb olur, tüstüdəki zərərli maddələr göz damarlarını zədələyir.
Siqaretin qan damarlarında əmələ gətirdiyi daralmalar səbəbli beyinə qan yaxşı işləmir, damarlar anevrizmaya meyilli olurlar.
Siqaret çəkənlər arasında qırtlaq xərçəngi, ağız xərçəngi, qida borusunun xərçəngi, qanqrenalar siqaret çəkməyənlərə nisbətən daha çox baş verir.
Ən dəhşətlisi də odur ki, siqaretdən asılı olan adam özü ilə ətrafdakıları da zəhərləyir. Buna görə də çalışıb ondan uzaq durmaq lazımdır.
UNUTMAYIN! BİR SİQARET SİZİ ÖLÜMƏ BİR ADDIM YAXINLAŞDIRIR.

Milli.Az


Etiketlər:  Siqaretin zərərləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ