Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 08:32
İndoneziyada 5,6 bal gücündə zəlzələdən iki gün sonra dağıntılar altından bir oğlan uşağı xilas edilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) rəhbəri Suharyanto açıqlama verib.
O, noyabrın 21-də ölkənin Qərbi Yava əyalətində baş verən zəlzələdən iki gün sonra 6 yaşlı uşağın dağıntılar altından çıxarıldığını açıqlayıb.
İndiyə qədər 271 nəfərin həyatını itirdiyi zəlzələdə ən az 40 nəfərin hələ də itkin düşdüyünü qeyd edən Suharyanto, 2043 nəfərin yaralandığını bildirib.
Suharyanto ölənlərdən 100-nün uşaq olduğunun təsdiqləndiyini qeyd edib.