Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 10:56
Azərbaycanda Həkəri çayı üzərində ölkənin ən böyük dəmir yolu körpüsü tikilir.
Azərbaycan Dəmir Yollarından Sonxeber.net-a verilən məlumata görə, tikilməkdə olan körpünün uzunluğu 418 m, eni isə 6,5 m-dir.
13 aşırımlı körpünün dayaqları və aşırım qurğusunun konstruksiyası dəmir-beton olacaq.