Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda şirkətin anbarından 20 min manatlıq mal oğurlandı

Bakıda şirkətin anbarından 20 min manatlıq mal oğurlandı

Tarix: 24 Noyabr 2022 14:22

Bakıda şirkətin anbarından 20 min manatlıq mal oğurlanıb.

Milli.Az xəbər verir ki, Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şahin Həsənov saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda şirkətin anbarından 20 min manatlıq mal oğurlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ