Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Məni də bitirdin, özünü də” - Rezadan Hadiseyə

“Məni də bitirdin, özünü də” - Rezadan Hadiseyə

Tarix: 24 Noyabr 2022 18:50

Müğənni Hadise və Cənubi azərbaycanlı iş adamı Reza Zarrabın yazışmalarının məhkəmə sənədində yer aldığı iddia olunub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, gizli eşq xəbərləri ilə gündəmdən düşməyən məşhurların votsap üzərindən bu məsələni müzakirə etdikləri deyilib. Belə ki, ötən il bu məlumatın yayılmasından sonra Hadise Rezaya yazıb. Zarrab isə ona "Məni də bitirdin, özünü də" deyərək üsyanını dilə gətirib.

Sənətçinin  eks-sevgilisinə "Səninlə yaşadıqlarıma görə peşman deyiləm. Kaanı (Pop ulduzun o zamanki sevgilisi Kaan Yıldırım) rahatlatmaq üçün etdim. Şübhə altında qaldım, məcburdum. Mənə lütfən hücum etmə" sözlərini dediyi, daha sonra isə "Foto da var imiş" deyərək iş adamını xəbərdarlıq etdiyi söylənilib.

İddiaya görə isə, həmin kadrda Reza və Hadisenin Amerikada əl-ələ görüntüləri yer alıb.

Qeyd edək ki, Rezanın Ebru Gündeşlə 11 illik evliliyinin Hadiseyə görə bitdiyi deyilir.


Etiketlər:  Məni bitirdin özünü Rezadan Hadiseyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ