Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 03:24
Avstraliyalı turist qız Balidə tətildə olarkən yıxılıb, sonra döymə etdirib və əlil arabasına düşüb.
Sonxeber.net bildirir ki, hadisənin təfərrüatlarını "Daily Mail" nəşri dərc edib.
28 yaşlı bloger Kelsi Foster Kutada Legion adlı alış-veriş küçəsi ilə gedərkən plitələr üzərində sürüşərək ayağını yaralayıb. Bunun burxulma olduğunu düşünən səyahətçi döymə salonuna gedib və bütün ayağına böyük döymə etdirib.
Nəticədə turist "dözülməz" ağrılar hiss etməyə başlayıb və ixtisaslı tibbi yardım almaq üçün sığortadan istifadə edərək evinə Avstraliyaya qayıdıb. Həkimlər Fosteri müayinə edib və bildiriblər ki, bloqqerin ayağında sınıq olub və döymə səbəbindən ağır infeksiya başlayıb. İndi qız bir neçə ay yeriyə bilməyəcək və əlil arabasında hərəkət etmək məcburiyyətində qalıb.
"Mən heç vaxt belə ağrı hiss etməmişdim. Ən pisi odur ki, ağrıkəsici qəbul etməyim qadağan edildi, çünki sağalma prosesinə mane ola bilər. Bundan əlavə, məndə tromboz ola bilər", - avstraliyalı deyib.
İrfan Vəliyev