Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hadisənin Rza Zərrabın yanına getdiyi üzə çıxdı - VİDEO

Hadisənin Rza Zərrabın yanına getdiyi üzə çıxdı - VİDEO

Tarix: 25 Noyabr 2022 16:45

Xəbər verdiyimiz kimi, Cənubi azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyəli müğənni Ebru Gündeşlə evli olduğu müddətdə pop ulduz Hadisə ilə gizli şəkildə görüşdüyü iddia olunub.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, "Beyaz maqazin" verilişi Hadisənin Britaniya hava yolları ilə İngiltərədən Mayamiyə gedən bileti də aldığı haqda sənədi üzə çıxarıb.

Pop ulduzun həmin zaman bileti Mayamidə olan Rzanın yanına getmək üçün aldığı bildirilib.

Proqramın aparıcıları vurğulayıblar ki, ümumilikdə Hadisənin 4 dəfə Amerikaya səfər etdiyini qeydə alınıb. Bu uçuşlardan birinə -  29 oktyabr 2019-cu il tarixinə (gediş - red.) olan qeydiyyat isə maqazin proqramının canlı efirində nümayiş olunub.   
Sənətçinin aldığı biletin "business class" (birinci sinif - red.) olmaması isə aparıcıların "Rza Hadisəyə bunu layiq gördü" söyləməsinə səbəb olub. Həmçinin geri dönüş biletinin tarixinin 20 yanvar 2020-ci olduğu da əlavə edilib.

Qeyd edək ki, iki il əvvəl Hadisənin R.Zərrabla eşq yaşadığı iddia olunub.

Hətta müğənninin keçmiş sevgilisi aktyor Kaan Yıldırımın bu məsələni öyrəndikdən sonra münasibətlərinə son qoyduğu deyilib. Bu ərəfədə Rza müğənni Ebru Gündeşdən yeni boşanmışdı. Yaşananların ardından, Ebru ilə birlikdə münsif kürsüsündə əyləşən Hadisə "O səs Türkiyə"dən ayrılmışdı. Aylar sonra apreldə iş adamı Mehmet Dinçerlerlə evlənən Hadisə 5 aydan sonra boşanıb.

Milli.Az


Etiketlər:  Hadisənin Rza Zərrabın yanına getdiyi üzə çıxdı VİDEO


RƏYLƏR