Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda 24 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxıldı - VİDEO

Sumqayıtda 24 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxıldı - VİDEO

Tarix: 25 Noyabr 2022 18:54

Sumqayıtda 24 yaşlı oğlan binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi videogörüntü yayıb.

Bildirilib ki, FHN-in qaynar telefon xəttinə Sumqayıt şəhər, 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1998-ci il təvəllüdlü Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq 2-ci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən və avtonərdivandan istifadə etməklə vətəndaşa müvafiq köməklik göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.


Etiketlər:  Sumqayıtda yaşlı oğlan binanın mərtəbəsindən yıxıldı VİDEO


RƏYLƏR