Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 21:40
"Ukraynanın bütün işləyən atom elektrik stansiyaları (AES) yenidən milli energetika sisteminə çıxış əldə edib".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi deyib.
Onun sözlərinə görə, Ukrayna ərazisində fəaliyyət göstərən bütün AES-lər, o cümlədən "Zaporojye" AES bu həftənin əvvəlində elektrik enerjisi təminatının tamamilə itirilməsindən sonra yenidən milli energetika sisteminə çıxış əldə ediblər.