Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Necə deyim ki, hamı məni sevsin?''

''Necə deyim ki, hamı məni sevsin?''

Tarix: 26 Noyabr 2022 06:45

"Hazırda bərbad ifaçılar, bayağı musiqilər insanların zövqünü korlayıb. Əlimdə olsaydı, bu cür ifaçıların və mahnıların efirdə olmasına icazə verməzdim. Belə verilişlər açmazdım və belə aparıcılara imkan yaratmazdım".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı İlahə Şıxlinskaya "Dikdaban" proqramında deyib. Onun bu sözləri verilişdə qonaq olan Əməkdar artist Təranə Vəlizadənin etirazına səbəb olub. O bildirib ki, hamı hamını sevə bilməz:

"O zaman - sovetlər dövründə başqa idi, indi başqadır. Ona görə düşünürəm ki, razılaşmaq lazımdır. Hər kəsin seçimi və zövqü var. Kimin təfəkkürü hansı vəziyyətdədirsə, kim hansı səviyyədədirsə, özünə uyğun musiqiçi seçir. Belədir də... Bu daha yaxşıdır". 

Aparıcının "Düşünürsünüz ki, bayağı musiqini ifa edənlər və dinləyənlər qınanmamalıdır? Bizim ixtiyarımız yoxdur onları qınamağa" sualına ifaçı "Xeyr, ixtiyarımız yoxdur. O onların zövqü, müğənnisi, bəstəçisi, şairidir. İndi zövqü tamaşaçılar formalaşdırır. Tamaşaçı özü seçim edir. Tamaşaçı mütaliyə etməlidir, edir də. Yüksək zövqlü tamaşaçılarımız da var. Hamı hamını sevə bilməz. Necə deyim ki, hamı məni sevsin?" cavabını verib.


Etiketlər:  Necə deyim hamı məni sevsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ