Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Harri Keynlə bağlı üzücü statistika

DÇ-2022: Harri Keynlə bağlı üzücü statistika

Tarix: 26 Noyabr 2022 13:14

Dünya çempionatında dünən keçirilən İngiltərə - ABŞ oyununda maraqlı statistika açıqlanıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, qolsuz bərabərliklə yekunlaşan görüşdə ingilislərin kapitanı Harri Keyn diqqət mərkəzinə düşüb.

Belə ki, Keyn oyun ərzində bir dəfə də olsun qapıya dəqiq zərbə endirə bilməyib. Qol şansı yarada bilməyən Harrinin hesabında 2 qeyri-dəqiq zərbə, 39 topa toxunma var.

Xatırladaq ki, Keyn Qətərdəki mundialda hələ qol vurmayıb.

Milli.Az


Etiketlər:  2022 Harri Keynlə bağlı üzücü statistika


RƏYLƏR