Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis məmuru və oğlu ÖLDÜ - DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ - FOTO

Polis məmuru və oğlu ÖLDÜ - DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ - FOTO

Tarix: 26 Noyabr 2022 22:00

Türkiyədə dəhşətli yol qəzası baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qəza zamanı ata və avtomobilin sürücüsü olan oğlu dünyasını dəyişib.

Əskişəhərin Seyitqazi rayonunda meydana gələn yol qəzasında ölən ata polis məmuru olub.

Yol kəsişməsində baş verən qəza nəticəsində avtomobilin ön oturacağında olan polis əməkdaşı Ercan Sarı hadisə yerində dünyasını dəyişib. Onun avtomobilin sürücüsü olan 19 yaşlı oğlu Yakup Efe Sarı, arxa oturacaqda sərnişin olan həyat yoldaşı Zeynep Sarı və qızı Elif Zeycan Sarı yaralanıb. Hadisə yerinə gələn 112 Təcili Xidmət qrupları tərəfindən ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Sarı ailəsinin üzvlərinə tibbi yardım göstərilib.

Xəstəxanada müalicə olunan Yakup Efe Sarı bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Polis məmuru oğlu ÖLDÜ DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ