Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14 yaşlı oğlan babasına çayı gec gətirdilər deyə dükan sahibini güllələdi

14 yaşlı oğlan babasına çayı gec gətirdilər deyə dükan  sahibini güllələdi

Tarix: 26 Noyabr 2022 22:04

Türkiyədə çayxananın sahibi İsmail Güder adlı şəxs çayı gec gətirdiyi üçün mübahisə etdiyi müştərinin göndərdiyi 14 yaşlı oğlan tərəfindən güllələnib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, aparılan araşdırmalar nəticəsində yaxalanan şübhəlinin müştərinin nəvəsi olduğu üzə çıxıb.

Sözügedən hadisə Türkiyənin Bursa şəhərində baş verib. Hadisə zamanı yaralanan Güder Çekirge Dövlət Xəstəxanasına aparılıb. Polis qaçan şübhəlinin müəyyən edilərək tutulması üçün əməliyyata başlayıb.

Hadisə yerindəki təhlükəsizlik kameralarını araşdıran polislər Güderi tapança ilə vuran şəxsin K.D.-nin 14 yaşlı nəvəsi M.E.K. olduğunu müəyyən edib.

Milli.Az


Etiketlər:  yaşlı oğlan babasına çayı gətirdilər deyə dükan sahibini güllələdi


RƏYLƏR