Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2022 04:15
"14 yaşlı qızı ərə verirlər, amma o, hələ öz hüquqlarını qoruya bilmir. Azərbaycanda qadın zorakılığı artıq ifrat həddə çatıb. Sosial şəbəkələrdə, saytlarda hər gün qadınların müxtəlif formada zorakılığa məruz qalmasının şahidi oluruq. Düşünürəm ki, bu problemin kökü təhsilsizlikdən qaynaqlanır. Zorakılığa məruz qalan qadın hara müraciət edəcəyini, öz hüquqlarını necə müdafiə etməli olduğunu bilmir".
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu sözləri "Liatris Holding"in rəhbəri, iş xanımı Ruhi Əliyeva deyib.
R. Əliyeva bildirib ki, Azərbaycan qadınının narkotik istifadə etməsi ürəkağrıdan mənzərədir: "Qadınların çoxunun psixoloji travmaları var, hər xanım güclü ola bilmir. Qadın o qədər zərifdir ki... Bir əxlaq düsturu var, deyir, əlinə, dilinə, nəfsinə hakim ol. Elə insanlar var ki, nəfsinə hakim ola bilmir, eləsi də var, zəifdir. İndiki dövrdə çox ürəkağırdıcıdır ki, Azərbaycan qadını narkotikdən istifadə edir".