Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimlərdən pul tələb edən məktəb direktoru vəzifəsindən azad edildi

Müəllimlərdən pul tələb edən məktəb direktoru vəzifəsindən azad edildi

Tarix: 7 Oktyabr 2019 16:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Sosial şəbəkələrdə müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı barəsində məlumatlar yayılan Kəlbəcər rayonunun 108 nömrəli tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib.

Təhsil Nazrliyindən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılmışdır.

Oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmə rəhbərləri məsələnin yerində araşdırılması üçün qeyd olunan təhsil müəssisəsində olublar. Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktoru Bəsti Hüseynova dərhal vəzifəsindən kənarlaşdırılıb.

Məlum olub ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq, yeni məktəbin tikintisi müddətində tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Buna baxmayaraq məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanılması üçün göstəriş verib. Məsələ ilə bağlı araşdırma davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müəllimlərdən tələb edən məktəb direktoru vəzifəsindən azad edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ