Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Şalke” Dadaşovun yoxluğunda xal itirdi

“Şalke” Dadaşovun yoxluğunda xal itirdi

Tarix: 27 Noyabr 2022 23:54

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke" klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Ştraelen"lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
 
Rüfət bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Şalke"nin ikinci komandası bu nəticədən sonra 27 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Şalke Dadaşovun yoxluğunda xal itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ