Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda biabırçı mənzərə - Hamı bu görüntüdən danışır - VİDEO

Metroda biabırçı mənzərə - Hamı bu görüntüdən danışır - VİDEO

Tarix: 28 Noyabr 2022 12:02

Müxtəlif zamanlarda qurumlar vətəndaşları ictimai nəqliyyatdan istifadəyə səsləyirlər. Bununla şəhərdə tıxac probleminin həll olunacağı ehtimal olunur.

Milli.Az Baku.ws-ə istinadən bildirir ki, ortada acınacaqlı bir vəziyyət var ki, ictimai nəqliyyatdan istifadə etmək müəyyən saatlarda mümkünsüz. Bunun bariz nümunəsini İTV-nin metrodan paylaşdığı videoda görmək mümkündür.

Məktəb, universitet və işdən evlərinə qayıtmaq üçün metroya üz tutan vətəndaşlar elə bir mənzərə ilə üzləşirlər ki, bu barədə yazmağa söz tapmaq olmur. Tər qoxusu, dözülməz sıxlıq və havasızlıq sərnişinləri çarəsiz qoyub.

Oxşar vəziyyətə avtobuslarda da rast gəlinir. Mənzil başına çatmaq üçün avtobusu seçən sərnişinlər də böyük problemlərlə üzləşirlər.

Milli.Az


Etiketlər:  Metroda biabırçı mənzərə Hamı bu görüntüdən danışır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ