Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evində doğduğu uşağı öldürdü

Evində doğduğu uşağı öldürdü

Tarix: 28 Noyabr 2022 18:04

Rusiyada, Yekaterinburqda 33 yaşlı yerli sakin yeni doğulmuş oğlunu qətlə yetirdiyinə görə iki il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

O, törətdiyi cinayətdə özünü təqsirli bilib və hadisə yerində yoxlama zamanı ifadəsini təsdiqləyib.

İstintaqın məlumatına görə, ötən il avqustun 4-də günorta saatlarında rusiyalı qadın öz mənzilində oğlan uşağı dünyaya gətirib, bundan sonra onu öldürüb. Daha sonra körpənin cəsədini plastik torbaya qoyub və Şərq küçəsindəki evin yaxınlığındakı zibilliyə atıb.

Daha sonra yoldan keçənlər dəhşətli tapıntı aşkar ediblər. Qadının qeydiyyata düşmədiyi və hamiləliyini gizlətdiyi məlum olub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Evində doğduğu uşağı öldürdü


RƏYLƏR