Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldonun maraq dolu həyatı - Qadınlar, Kim Kardaşyan, anasının müdaxiləsi - FOTO

Ronaldonun maraq dolu həyatı - Qadınlar, Kim Kardaşyan, anasının müdaxiləsi - FOTO

Tarix: 29 Noyabr 2022 07:16

Hazırda dünyanın diqqəti Qətərdə keçirilən Dünya Çempionatına yönəlib. Şübhəsiz ki, çempionatın əsas simalarından biri də Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldodur. Portuqaliya-Uruqvar matçının davam etdiyi bu gündə ekran başında əyləşən və stadionda matçı seyr edən tamaşaçıların da ən çox görmək istədiyi sima Kriştianu Ronaldo olaraq qalır.

Milli.Az "qafqazinfo"-ya istinadən karyerasında bir çox rekordlar qıran Kriştianu Ronaldonun həyatı ilə bağlı maraqlı faktları təqdim edir:

Ronaldo 15 yaşındaykən keçirdiyi ürək əməliyyatı və futbol karyerası ilə əlaqədar qidalanma rejiminə olduqca diqqətli şəkildə əməl edir. Gün ərzində ara nahar fasilələri də daxil olmaqla 6 dəfə nahar edir. Qidalanma rasionuna isə daha çox süd məhsulları və meyvə-tərəvəz daxildir. Belə ki, Ronaldo daha çox Hindistan və Meksika mətbəxtlərinə müraciət edir. Suşi onun əvəzolunmaz qidalarından biridir.

Futbol ilə məşğul olmasına baxmayaq Portuqaliya ulduzu hər gün müntəzəm olaraq idmanla məşğul olur. Səhər iki saat davam edən idman rutinini axşam saatlarında üzgüçülük ilə davam etdirir. İdman rejiminin saatları dünya çempionatı ərəfəsində 4 saatdan 6 saata qədər yüksələ bilir.

Bir çox insan kimi Ronaldo da səyahət həvəskarlarından biridir. Lakin tək şəkildə səyahət etməyi heç zaman sevmir. Ailəsi onun üçün önəmli olduğuna görə heç zaman onlardan ayrı səyahətlərə yollanmır. Daha çox İspaniyaya getməyi və orada vaxt keçirməyi sevir. Portuqaliya isə onun üçün həmişə dəyişilməz yerlərdən biridir.

Bununla yanaşı Ronaldo istifadə etdiyi əşyalara da çox böyük önəm verir. Maşınlar onun üçün əvəzolunmazdır, həmçinin, saat və üzüklər də onun gündəlik həyatda istifadə etdiyi əvəzolunmaz aksesuarlar sırasındadır.

Film seçimində isə daha çox aksiyon səhnələrinin üstünlük təşkil etdiyi ekran işlərinə üstünlük verir. Ən sevdiyi film 1996-cı ildə çəkilən və döyüş səhnələrini özündə əks etdirən "The Rock" filmidir.

İnsanların və xüsusən də, xanım fanatlarının maraqlandığı əsas məqamlardan biri də Ronaldonun şəksi həyatı ilə bağlıdır. Onu da qeyd edək ki, futbolçu həyatında olan xanımlara vaxt ayırmağı və onlara diqqət göstərməyi sevir. Sevgililəri arasında isə olduqca məşhur xanımlar olub. Hətta bir zamanlar onun Kim Kardaşyanla münasibət yaşadığı iddia olunurdu. Lakin Ronaldonun həyatındakı əsas sevgililərindən biri şübhəsiz ki, rus əsilli model İrina Şayk olub. Cütlük uzun illər münasibətlərini hörmət əsasında davam etdirib. Hətta bir çox qaynaqlar İrina Şaykın Ronaldodan hamilə qaldığını iddia edib. Çüntük evlilik yolunda əmin  addımlar atsalar da, verdikləri ani qərarla ayrıldıqlarını açıqlayıblar. Onlar buna səbəb kimi karyeralarına daha çox diqqət ayırmaq olduqlarını söyləsələr də, Ronaldoya yaxın olan şəxslər onun anası Dolores Aveironun bu münasibəti heç zaman qəbul etməıdiyini deyib. Belə ki, onunla İrina arasında olan xoşagəlməz söhbətlər bu münasibətin bitməsinə səsb olub. Hazırda Ronaldo braziyalı model Georgina Rodrigez ilə xoşbəxt münasibət yaşamaqdadır.

Qeyd edək ki, dünya çempionatı ilə əlaqədar Ronaldonun instagram izləyiciləri 500 milyonu keçib və o, hazırda sosial şəbəkədə ən çox izlənən şəxsdir.

Milli.Az


Etiketlər:  Ronaldonun maraq dolu həyatı Qadınlar Kim Kardaşyan anasının müdaxiləsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ